22 oktyabr 2016-cı il tarixində Sumqayıt şəhərində yerləşən “Bilik tədris mərkəzində” Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsinin qalibi olmuş “Erkən nikahlara qarşı maarifləndirmə” layihəsinin bağlanış tədbiri keçirilib. Tədbirdə qonaq qismində Gənclər Fondunun nümayəndəsi Jalə Məmmədova, Dini İşlər Üzrə Komitənin Sumqayıt Regional Mərkəzinin aparıcı məsləhətçisi Ülvi Məmmədov, tanınmış jurnalist Seymur Verdizadə və TUMİB təşkilatının sədri Çingiz Bayramov iştirak edib. Layihə rəhbəri Aynurə Hümbətli iştirakçıları salamlayıb və çıxışında qeyd edib ki, layihənin məqsədi gənclərin bu mövzuda maarifləndirilməsidir. Görüşün gedişində qonaqlara söz verilib. Onlarda öz fikirlərini iştirakçılarla bölüşüblər. Sonda xatirə fotosu çəkilib.