Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi Tünzalə Miriyeva tərəfindən “Müasir tərbiyədə mədəni dəyərlərimizi yaşadaq!” layihəsinin icrasına start verilib.
Layihənin məqsədi ictimai davranış qaydalarının təbliği istiqamətində yeniyetmə və gənclərin ictimai davranış qaydaları sahəsində maarifləndirilməsi, yeniyetmə və gənclər arasında cəmiyyətdə riayət etməli olduqları düzgün davranış qaydalarının təbliğ edilməsidir.
Layihə 3 ay müddətində Sumqayıt şəhərində icra olunacaq.