Binəqədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Kitab klubu”nun təşkilatçılığı ilə VIII qrant müsabiqəsinin qalibi, Akademiyanın İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Xəlil Babayevin “Kitablı əllər-Qızıl əllər” layihəsi həyata keçirilib. 22 sentyabr 2016-cı il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında baş tutan layihənin açılış mərasimində Akademiyanın
Elmi işlər üzrə prorektoru, İqtisad üzrə fəlsəfə doktoru, dosent Mobil Məcidov, Akademiyanın kitabxanasının müdiri Maya Abdullayeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Kitablı əllər-Qızıl əllər” layihəsinin rəhbəri Xəlil Babayev layihə haqqında ətraflı məlumat verib, layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə təşkilatçılara öz təşəkkürünü bildirib.
Sonra çıxış edən dosent Mobil Məcidov, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov və Akademiyanın kitabxanasının müdiri Maya Abdullayeva ölkəmizdə, o cümlədən Binəqədi rayonunda gənclərə göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd
olunub ki, Gənclər fondunun dəstəyi ilə artıq gənclər asanlıqla öz ideyalarını gerçəkləşdirə bilirlər. “Kitablı əllər-Qızıl əllər” layihəsinin çox aktual mövzuya, gənclərin mütaliəyə marağının artırılmasına həsr olunduğunu vurğulayan natiqlər, bu cür layihələrin davamlı olmasını arzulayıblar. 03 və 15 oktyabr 2016-cı il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında və Binəqədi rayon Gənclər Evində layihə çərçivəsində təqdimatlar keçirilib.
Qeyd edək ki, “Kitablı əllər-Qızıl əllər” layihəsində Bomba, Ernest Miller, Mücrü, Əxlaqi-Nasir, Qarabağ və Studentlər komandaları müxtəlif bədii ədəbiyyat nümunələri əsasında təqdimatla çıxış ediblər.
Sonda fərqlənən 4 komanda sertifikat və hədiyyə ilə mükafatlandırılıblar.