Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və ATGTİ-nin təşkilati dəstəyi ilə keçirilən “Tüstüsüz Həyat” rəsm sərgisinə qeydiyyat başladı. Sərginin məqsədi sağlam həyat tərzini təbliğ etmək və zərərli vərdişlərin insana və cəmiyyətə mənfi təsirini göstərməkdir. Sərgidə rəsm əsərlərini nümayiş etmək istəyən gənc rəssamlar konseptə uyğun əsərlərini 10.11.2016-cı il tarixinə qədər ATGTİ-nin ofisinə təhvil verə bilər. Layihə iştirakçıları sertifikat və diplomlarla təltif olunacaq. QEYD: Əl işlərini təhvil verərkən ad, soyad və əlaqə nömrənizi qeyd edin.
Ünvan: 28 May küç., 9/13 (23nömrəli məktəblə üzbəüz).