Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşən “Bakı dünənimiz və bugünümüz” layihəsi Suraxanı Gənclər Evində həyata keçirilmişdir. Layihədə Suraxanı Gənclər Evinin rəhbərliyi və Qeyri-hokumət təşkilatlarından nümayəndələr iştirak etmişlər. Tədbirdə 20-dən çox gənc rəssam iştirak etmiş və mövzuya uyğun əl işləri nümayiş etdirmişlər. Gənc rəssamların əl işləri içərisindən qaliblər seçilmiş və mükafatlandırılmışlar. Birinci yerin sahibi kimi Nuraliyeva Vəfa, ikinci yerin sahibi Nəbiev Əhməd və üçüncü yerin sahibi Bayramlı Emil elan olunmuşdur.
Daha sonra qaliblərə hədiyyələr təqdim olunmuş və tədbirin bağlanış nitqi söylənilmişdir.