Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə Kömək” İB-i tərəfindən keçirilən “İctimai yerlərdə davranış qaydalarının təbliği” adlı layihə uğurla davam edir. 8 oktyabr 2016-cı il tarixində, layihənin növbəti seminarı keçirilmişdir. Seminarın spikeri Hüquqşünas-vəkil Məhərrəmov Əbdül olmuşdur. Seminar zamanı, ictimai yerlərdə davranışla bağlı hava, dəniz, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə olan inzibati xətalar mövzusunda təlim keçirilmiş, iştirakçıların sual və fikirlər dinlənilmişdir.