08.10.2016-cı il tarixində saat 12:00 da Gənclər Üçün Təhsil Mərkəzi Gəncə Regional ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olan “EkoGənc” layihəsinin təqdimat mərasimi və ilk təlimi keçirilib.
Layihənin əsas məqsədi Gəncədə ekologiyanın qorunması, ətraf mühitlə bağlı ekoloji aksiyalarda gənclərin rolunu artırmaq və dəstək olmaqdır. Gənclərin boş vaxtlarını səmərəli keçirmələrinə kömək etmək.
Tədbiri layihə rəhbəri Seymur Mirzəyev qonaqları və iştirakçıları salamlayaraq açıq elan etmişdir. Layihə rəhbəri “EkoGənc” layihəsinin ortaya qoyduğu problemlər və onların həllindən danışmışdır.Seymur Mirzəyev daha sonra isə layihənin məqsədini bildirmişdir.O, həmçinin layihədə təlim və seminarların olacağını, layihə ərzində “Ekologiyanı qoruyaq”(İlk təlim), “Sağlam Həyat Tərzi” , “Ekoloji aksiyalar” və s. kimi maarifləndirici görüşlər təşkil olunacağını da bildirmişdir.
Tədbirdə layihənin tərəfdaş təşkilatlarından Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Ofisinin rəhbəri Aygün Həsənzadə və Gənclər Üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin nümayəndələri Xədicə xanım və Günay Tağıyeva çıxış edərək layihəni bəyəndiklərini və uğurlar arzuladıqlarını bildirmişlər.