Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Yusif Musayev tərəfindən “Təmiz ekologiya – sağlam gələcək!” layihəsinin icrası davam edir.
Layihə çərçivəsində növbəti tədbir Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə şagirdlərin iştirakı ilə keçirilib.
Tədbirdə Y. Musayev layihənin məqsədi və donoru haqqında məlumat verərək bildirib ki, yeniyetmə və gənclər bu gün ekologiyanın və ətraf mühitin qorunması istiqamətində aparılan işlərdə və aksiyalarda aktiv şəkildə iştirak etməlidirlər.
Bildirib ki, layihənin Quba şəhərində icrası təsadüfi deyil, belə ki respublikamızın gəzməli və istirahət yerlərindən olan Qubada ətraf mühitin qorunması prioritet məsələdir.
Layihənin eksperti çıxış edərək şagirdlərə ekoloji problemlərin həlli istiqamətində aparılan işlər, İDEA İctimai Birliyi tərəfindən keçirilən ekoloji və ətraf mühitin tullantılardan təmizlənməsi aksiyaları haqqında ətraflı məlumat verib.
Sonra şagirdlərə layihə çərçivəsində nəşr etdirilmiş maarifləndirici bukletlər paylanılıb və şəkillər çəkdirilib.