Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Ağazadə İlahə Rasim qızının Fondun maliyyə dəstəyi ilə Bakı şəhəri Xəzər rayonunda həyata keçirdiyi “İşıqlı gələcək naminə erkən nikaha yox deyək!” layihəsi uğurla başa çatmışdır.
Layihə 3 ay müddətində Bakı şəhəri Xəzər rayonunda yaşayan və təhsil alan gənclər arasında keçirilmişdir. Layihənin keçirilməsində əsas məqsəd erkən nikahın yaratdığı fəsadlar haqqında gənclərin və yeniyetmələrin məlumatlandırılması və erkən nikah hallarının qarşısının alınması olmuşdur.
Layihə çərçivəsində 4 təlim həyata keçirilmişdir. Təlimlər -“Erkən nikah nədir?”, “Azərbaycan cəmiyyətində erkən nikah problemi”, “Erkən nikah və onun fəsadları”, “Erkən nikah və reproduktiv sağlamlıq” və sair kimi mövzular ətrafında aparılmışdır.
Layihə rəhbəri Agazadə Ilahə: ”İnanırıq ki, “İşıqlı gələcək naminə erkən nikaha yox deyək!” layihəsində iştirak edən fəal gənclər gələcəkdə keçirilən layihələrə yenidən cəlb olunacaqlar. Biz belə fəal gənclərin müvafiq təlimlərə və tədbirlərə cəlb edilməsinə çalışacağıq”.