Sumqayıt şəhərində Erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə istiqamətində “Anaya ehtiyacı olan qızlar ana olmasınlar!” layihəsinin icrasına start verilib.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Məmmədova Rəna tərəfindən həyata keçirilir.
Layihənin məqsədi yeniyetmə və məktəblilər arasında erkən nikah və onun zərərli fəsadları haqqında maarifləndirmə işlərinin aparılması, erkən nikahın yaratdığı problemlər haqqında məlumatlandırmaqdır.
Qeyd edək ki, 3 ay müddətində icra olunacaq layihə çərçivəsində hazırlanmış maarifləndirici bukletlər yeniyetmələr arasında paylanılacaq.