Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqənin qalibi olmuş və Ağazadə Camal tərəfindən icra olunan “Şərqşünas tələbələr” adlı layihənin ilk tədbiri keçirilib.
Tədbirdə çıxış edən layihə üzrə koordinator Fərid Muradov “Şərqşünas tələbələr ” layihəsinin məqsədləri və vəzifələri haqqında ətraflı məlumat verərək, gənclər arasında xaricdə təhsil almaq, hansı xarici dili öyrənmək, təhsil almaq üçün hansı xarici ölkənin daha yaxşı olması, və s. kimi sualları özündə cəmləşdirən məsələlərə aydınlıq gətirib. O, təhsildə son yeniliklər və elmi nailiyyətlərin gənclər arasından təbliğindən, günümüzün aktual sahəsi olduğunu vurğulayıb və bu baxımdan layihənin önəmini qeyd edib. Bildirilib ki, Azərbaycanın inkişaf konsepsiyasında insan kapitalının inkişafına yönəlmiş proqramlardan biri də ölkədə təhsil islahatlarını davam etdirmək və müasir təhsil sisteminin formalaşdırılmaqdır. Layihə birbaşa olaraq bu proqramın əsas müddəalarından biri olan Azərbaycan təhsilinin dünya və şərq ölkələrinin təhsil məkanına inteqrasiyasına yönəldiləcəkdir. Daha sonra layihə diskusiya formatında davam edib.