29 sentyabr 2016-cı il Odlar Yurdu Universitetinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsində qalib gəlmiş Nüsrətli Aynurun “Deyilən söz Yadigardır” adlı layihəsinin açılış mərasimi keçirildi. Layihə rəhbəri layihə haqqında iştirakçılara qısa məlumat verərək aşağıdakıları qeyd etdi.
“Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsindaə mənim də “Deyilən söz yadiğardır” Səməd Vurğun- 110 adlı layihəm qalib gəldi. Mən çox qürur hissi keçirdirəm ki, məhz mənim də layihəm uğur qazandı. Bu layihəni həyata keçirtməkdə məqsədimiz zəngin ədəbiyyatımızı gənclərə daha da sevdirmək, onların natiqlik, yazarlılıq bacarıqlarını üzə çıxarmaq, mövcud potensiallarının reallaşdırılmasına şərait yaratmaqdır. Bu gün gənclər və yeniyetmələrin asudə vaxtlarının düzgün istiqamətləndirilməsi, gənclərin innovativ ideyalarının dəstəklənməsi, mədəniyyət və incəsənətə olan marağının artırılması ən aktual problemlərdən biridir. Bu yöndə ğörülən işlərə dəstək olmaq və gənclərdə milli təfəkkürü, mənəvi dəyərləri formalaşdırmaq məqsədi ilə bu layihəni işləyib hazırladım”.
Daha sonra söz layihə iştirakçısı Sevda Ömərovaya verildi. Sevda Ömərova xalq şairi Səməd Vurğuna həsr edilmiş bu layihənin gənclər üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirərək, hər bir gənc kimi onun da xalq şairinə olan böyük sevgisindən danışdı.
Tədbir layihə iştirakçıları Ələsgərova Aytən və İbrahimova Vüsalənin çıxışları ilə davam etdi.
Nüsrətli Aynur sonda bütün layihə iştirakçılarına uğurlar arzulayaraq açılış mərasimini yekunlaşdırdı.
Layihə çərçivəsində görüləcək işlər çay süfrəsi arxasında müzakirə edildi.