“Gənc jurnalistlərin Maraq klubu və hüquqi maarifləndirilməsi” layihəsi başa çatdı. Layihənin bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov, TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslan, “ASAN Radio”nun rəhbəri Emin Musəvi, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova, Sağlam Ailə Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli iştirak ediblər.
Qonaqların çıxışı ilə birgə layihənin sual-cavab formatında interaktiv hissəsi baş tutub, gənclər tərəfindən verilən suallar cavablandırılıb.
Sonda iştirakını uğurla başa vurmuş gənc jurnalistlərə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Gənc jurnalistlərin Maraq klubu və hüquqi maarifləndirilməsi” Sona Tağıyevanın fərdi layihəsi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “ASAN Könüllüləri” Təşkilatının təşkilatı dəstəyi ilə həyata keçirilmişdir.