Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Book club” layihəsinin növbəti tədbiri keçirilib.
Keçirilən tədbirdə müxtəlif sahələri təmsil edən universitet tələbələri və könüllü gənclər, tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.
Layihə üzrə koordinator Fərid Muradov tədbirdə çıxış edərək layihənin məqsədinin gənclərdə kitab oxuma vərdişini inkişaf etdirmək, onların gündəlik həyat vərdişlərinə kitab mütailəsi əlavə etmək, nizamlı kitab oxuma vərdişini artırmaq və mədəni dəyərlərin təbliğində gənclərin fəaliyyətini daha da genişləndirmək olduğunu qeyd etmişdir. Bildirildi ki, layihə icrasına başlanılan andan maarifləndirici bukletlər və kitabçalar çap olunmuşdur ki, bu da gənclərdə bu sahəyə marağın artırılması istiqamətində mühüm rol oynamışdır. F.Muradov vurğuladı ki, layihənin davamlılığının təmin edilməsi üçün artıq bir neçə universitetdə kitab klubları yaradılıb və gənclər kluba üzv olaraq asudə vaxtlarını kitab oxumaqla səmərəli keçirə bilərlər.
Daha sonra gənclər arasında kitab mütailəsinin artırılması istiqamətində fikir mübadiləsi aparılmışdır.