2016-cı il iyul ayının sonundan başlayaraq oktyabr ayina qədər “Dünya gəncliyin gözü ilə” layihəsi çərçivəsində yeniyetmə və gənclərdən qruplar formalaşmış, onlara təlimlər keçirilmişdir. Onlar layihədən birbaşa yararlanan foto jurnalistika təlimlərinin dinləyiciləri idilər. Layihədəki ekspertlər təlim qrupuna seçim zamanı iştirakçıların layihəyə olan maraqları, ümumi görüş və ilkin sorğu nəticəsində əldə edilən nəticələrə görə çıxarılan qərara əsaslanırdı. Seçimdə gender balansı və yaş həddi nəzərə alınmışdı. Təlim zamanı iştirakçılara foto tarixi, fotojurnalistika ilə bağlı fəaliyyət, müxtəlif beynəlxalq foto mükafatları və sərgiləri haqqında geniş məlumat verildi. Təlimdə dinləyicilər foto çəkilişləri ilə bağlı öyrəndiklərini praktikada tətbiq etdilər. Layihənin sonrakı mərhələsində foto işlərindən ibarət fotosərginin təşkil edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir. Fərdi layihənin müəllifi Musa Əmrahovdur. Layihənin məqsədi yeniyetmə və gənclərin yeni media (xüsusi ilə foto) texnologiyalarından istifadəsini artıqmaq, onların cəmiyyətə səmərəli inteqrasiyasına səy, foto işi vasitəsilə öz fikirlərini və sosial mesajlarını cəmiyyətə və ictimaiyyətə çatdırmağa kömək etməkdir.