Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsi çərçivəsində “Tullantılara Qarşı Nişanlar” adı altında reallaşan layihənin icrasına başlanıb. Bakı şəhərində həyata keçirilən layihənin əsas məqsədi “Tullantılara Qarşı Nişanlar” mövzusu üzrə qrafik rəsm yarışmasının təşkil edilməsidir. Belə ki, gənclər tərəfindən göndərilən qrafik rəsmlərin arasından 20 ən yaxşı iş seçiləcək və onlardan ibarət sərgi təşkil olunacaq, qaliblər səsvermə yolu ilə müəyyən ediləcəkdir. Yarışma nəticəsində əldə edəcəyimiz 20 ədəd tullantılara qarşı nişanlar vasitəsi ilə cəmiyyətdə zibilatma mədəniyyəti formalaşdırmaq və insanların fikrini bu problemə yönəldirərək, təmiz mühit uğruna mübarizəyə çağırmaqdır. Nəticədə 20 nişan layihənin bloquna yerləşdiriləcək və cəmiyyətin istifadəsinə veriləcəkdir.
Layihəyə dəstək verən tərəfdaş qurum Azərbaycan Fransız İnstitutudur.