“İntellektinlə öndə ol!” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqəsinin fərdi layihə qalibi Məmmədova Səidə Maxsud qızı tərəfindən həyata keçirilir.
Layihə çərçivəsində Xaçmaz rayonunda yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata cəlb etməklə onlarda marağın artırılması üçün təlimlərin keçiriləcək, gənclər arasında bədii və elmi ədəbiyyata maraq oyatmaq üçün maarifləndirici bukletlərin çap olunacaq və sonda Gənclər üçün İntellekt Dərnəyinin yaranması – bu dərnək vasitəsilə gənclər müxtəlif elmi və bədii əsəri oxuyaraq, həmin əsəri müzakirə edəcəklər.
Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata cəlb etməklə onlarda marağın artırılmasıdır.
Qeyd edək ki, layihə çərçivəsində 4 təlim keçiriləcəkdir və bu layihə başa çatdıqdan sonra başqa regionlarda da “İntellektinlə öndə ol!” layihəsini həyata keçirmək nəzərdə tutmulmuşdur. Xaçmaz rayonunda yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata cəlb etməklə gənclər arasında bədii və elmi ədəbiyyata maraq oyanacaqdır. Gənclər üçün İntellekt Dərnəyi yaradılacaqdır ki, bu dərnək vasitəsilə gənclər müxtəlif elmi və bədii əsəri oxuyaraq, həmin əsəri müzakirə edəcəklər.