“Misgərlik maddi – mədəni irsimizdir” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilir. “Misgərin bir iş günü” adlı layihənin növbəti fəaliyyəti Lahıcda baş tutmuşdur. Layihə rəhbəri Elvina Mustafazadə iştirakçıları və yerli sakinləri məlumatlandıraraq bildirmişdir ki, Lahıca səfər etməkdə əsas məqsəd layihə çərçivəsində misgərlik sənətilə məşqul olan ustalarla görüşmək, onların iş prosesini izləmək
və Lahıc misgərlik sənəti haqqında hazırlanacaq video çarxın çəkilişlərini aparmaqdır. Layihə iştirakçıları müxtəlif emalatxanalara baş çəkərək misgərin bir iş günü ilə tanış olmuşlar, misgərlər Kəbleyi Əliyev, Nəzər Əliyev və digərləri misgərlik sənətinin sirrlərini, vurduqları naxışları, gənclərin bu sənətə olan marağını və dövlətin misgərlik sənətinə olan qayğısından bəhs etmişlər. Daha sonra gənclər maarifləndirici bukletlər vasitəsilə yerli sakinləri və tursitləri layihə haqqında məlumatlandırmış və keçirilən sorğularla misgərlik sənətini təşviq etmişlər.
Qeyd edək ki, layihənin məqsədi: YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil olan Lahıc misgərlik sənətini təbliğ etmək, ənənəvi peşə və sənət sahələrinə xüsusilə gənclərin marağının artırılması və müxtəlif fəaliyyətlər vasitəsilə maarifləndirilməsi, misgərlik sənəti ilə məşqul olan insanlara onun əhəmiyyətinin nə dərəcədə vacib olduğunu hiss etdirmək; misgərlik məhsullarından istifadəni təşviq edərək onların hazırlanmasına və satılmasına dəstək olmaqdır.
Video çarxın montaj işləri bitdikdən sonra, Lahıc Misgərlik Sənəti – Copper Craftsmanship of Lahij facebook səhifəsi (https://www.facebook.com/