Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Bu günün Gənci sabahın Sahibkarı” adlı layihənin təlimlərinə yekun vurulub.
“Bu günün Gənci sabahın Sahibkarı” layihəsi Bakı şəhərində 8 təlimçi tərəfindən 6 gün müddətində həyata keçirilmişdir. Layihə ümumilikdə startup layihələr reallaşdıran, öz biznesini qurmuş gənc sahibkarları və sahibkarlıq fəaliyyəti ilə əlaqədar aidiyyatı dövlət qurumlarını bir araya gətirərək nəzəri və praktiki biliklərin verilməsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə faydalı oldu.
Layihə çərçivəsində ilk təlim günü 25 avqust Azərbaycan Republikasının Vergilər Nazirliynin eksperti İlkin Dövlətov gənclərə sahibkarlıq mühiti, bu sahədə mövcud olan qanunvericilik bazası, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyat prosesi; fiziki və hüquqi şəxs anlayışı və onların ödəməsi gərəkən vergilər; postterminalların və kassa aparatların quraşdırılması prosesi; vergi yoxlamaları; www.taxes.gov.az və Vergilər Nazirliyinin 195 çağrı mərkəzinin xidməti haqqında geniş məlumat vermiş və iştirakçıların suallarını cavablandırmışdır.
1 sentyabr Marketinqlə bağlı keçirilən təlimin 2-ci günündə təlimçi Qələndər Məmmədli layihə iştirakçılarına marketinqə aid ilkin anlayışlar, marketing mix və müasir marketinq trendleri mövzularında məlumat vermişdir.
“Biznesin strateji Planlaşdırılması” mövzusunda 3 sentyabr keçirilən 3-cü təlim günündə təlimçi Orxan Şahbaz iştirakçıları məlumatlandırmış, iştirakçıların suallarını cavablandırmışdır.
4 sentyabr tarixində keçirilən 4-cü təlim günündə təlimçi Nail Şükürov “Biznes Planın” hazırlanması barəsində məlumat vermiş, praktiki nümunələr göstərmişdir.
8 sentyabr tarixində keçirilən 5-ci təlim günündə təlimçi Əyyub Hüseynzadə “Yalın Sahibkarlıq” mövzusunda təlim iştirakçılarına nəzəri və praktiki məlumatlar vermişdir.
Sonuncu – 6-cı təlim günündə baş tutan təlimdə təlimçilər Kənan Həsənov, Ülvi Nəsirli və Ramil Mustafayev tərəfindən bazar araşdırması nədir və nəyə gərəkdir, biznes-planın tərtib edilməsinin üç mühüm əhəmiyyəti, biznes planını reallığa əsaslandır, biznesin təsviri, yatırdığın qəpiyin qədrini bil, ideyanı reallığa çevirmədən öncə tədqiqat apar, bazar payında uduzmadan öncə mövqe tut, start-up mərhələsində nələri bilməli, biznes psixologiyası və ruhdan düşməmək üçün 5 səbəb başlıqları altında geniş məlumat vermiş və iştirakçıların sullarını cavablandırmışdır.
Sonda bütün təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.