20 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunda Boston şəhər meriyası departamentinin və gənclər şurasının rəhbəri Françesko Tena və Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva görüşüblər.
Bu görüşdə, Vüsalə Niftəliyeva Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat verib, Fondun prioritetlərini qonağın nəzərinə çatdırıb.
Daha sonra cənab Françesko Teno Boston şəhərində gənclərlə bağlı həyata keçirilən layihələr haqqında məlumat verib. Qonaq Gənclər Fondunun gənclərə göstərdiyi qayğı və dəstəyi yüksək qiymətləndirib və gələcəkdə Fondla əməkdaşlıqdan məmnun olacaqlarını bildirib.