Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 17 sentyabr 2016-cı il tarixində Sabunçu Rayon Gənclər evində Murad Cənnətovun “İctimai davranış qaydaları haqqında maarifləndirmə” adlı layihəsinin açılış mərasimi baş tutmuşdur. Mərasimdə layihənin eksperti – psixoloq Fidan xanım Azərqızı iştirak etmişdir. O, çıxışı zamanı layihənin çox aktual olmasını və ictimai davranışın psixoloji faktorlar ilə müqayisəsini qabartmış, maraqlı fikirləri ilə yadda qalmışdır. Tədbir müzakirəli şəkildə keçdiyinə görə, iştirakçı gənclərdən ADİU TGT sədri Yusif Məmmədzadə cəmiyyətin müxtəlif fərdlərdən təşkil olunduğunu və hər bir şəxsin müəyyən bir məsələyə spesifik baxmasından söz açmışdır. Gənclərdən daha biri, Mahrux Tasinova tələbəlik illərində başına gəlmiş maraqlı – ictimai prosesdən misal çəkmişdir. Renad Yüzbəyov ictimai davranış qaydalarında maarifləndirmə işinin ləng getməsini bildirmiş və məsələ haqqında öz fikirlərini demişdir. Eyni zamanda, Rəsul Həşimov, Zinyət Məmmədzadə, Nəbi Hacıyev və digərləri mövzu ətrafında söhbət edib, öz fikirlərini layihə ilə əsaslandıraraq, həmsöhbət olmuşlar.
Yekunda layihə rəhbəri Murad Cənnətov layihənin davamlılığından və effektiv nəticəsindən danışmış və layihənin açılış mərasimini xatirə şəkli ilə bitirmişdir.
Hərkəs xoş aura və yüksək əhval-ruhiyyə ilə tədbirin sonunda öz minnətdarlığını bilimişdir.