Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “İRӘLİ” İctimai Birliyinin dəstəyi ilə AzGFnun 8-ci qrant müsabiqəsinin qalibi Aysel Axundzadənin layihə rəhbəri olduğu “Elektron xidmətlərin təbliğində gənclərin rolu” layihəsinə start verilir.
İEÖ-də demokratiyanı inkişaf etdirən amillərdən hesab olunan “Elektron Hökümət” in gənclər arasında geniş şəkildə təbliği və vətəndaş-dövlət münasibətlərini tənzimləmək layihənin əsas məqsədlərindəndir.
Layihənin ilk mərhələsində gənclər arasında ən çox istifadə olunan, internet resurslarında yayımlanmayan, lakin gənclərin ehtiyac duyduğu elektron xidmətlər barədə sorğu keçiriləcək.
Sorğunun nəticələrinə uyğun olaraq gənclərin daha çox hansı elektron xidmətlərdən istifadə etdiyi müəyyən ediləcək. Daha sonra həmin nəticəyə müvafiq olaraq təlim modulları hazırlanacaq. Sonrakı mərhələlərdə isə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzi tərəfindən elektron xidmətlərin təbliği mövzusunda bir neçə günlük təlimlər keçiriləcək.
“Elektron xidmətlərin təbliğində gənclərin rolu” layihəsinin son mərhələsində isə elektron xidmətlərdən daha rahat istifadə edə bilmək üçün xüsusi maarifləndirici videoçarxlar hazırlanacaq.
Beləliklə gənclər daha çox istifadə olunan elektron xidmətlərin istifadəsinə dair Azərbaycan internet məkanında yeni maarifləndirici video çarxların yerləşdirilməsinə nail olacaqlar.
Layihədə iştirak etmək istəyən gənclər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər.
https://docs.google.com/forms/d/1L4POEt9wnkYRQ5sVewXd1icszznsMso4oMC7IwQNMU4/edit#responses