Azərbaycan Respublikasının Prezdenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Məleykə Vəliyeva tərəfindən icra olunan “Sehirli kitablar, sehirli səslər” adlı layihə çərçivəsində layihənin ilkin mərhələsi baş tutub. Görmə əngəlli az yaşlılar üçün audio kitabların hazırlanması məqsədilə həyata keçirilən layihənin ilkin mərhələsində səs yazma studiyasında seçilmiş iştirakçılar tərəfindən 14 hekayə səsləndirilmişdir. Layihənin eksperti səs yazmanı xüsusi diqqətlə izləmiş və lazımi düzəlişlər etmişdir. Layihəyə başlamadan oncə gözdən əlillər cəmiyyəti ziyarət olunmuş və onların istədikləri nağıllar seçilib, tapılmış və səsləndirilmişdir. Hekayələr səsləndirildikdən sonra ekspert nəzarəti ilə montaj edilmiş və disklərə yazılaraq səsli kitab formatına salınmışdır. Məleykə Vəliyeva qeyd edib ki, layihə çərçivəsində görülən işlərdə məqsəd görmə qüsurlu və gözdən əlil az yaşlıların təhsilə, mütaliəyə marağın artırılması, məşhur dünya və yerli yazıçıların nağıllarını bu statusda olan insanlarla tanış etmək, Azərbaycan gəncliyinin bu insanlara olan diqqət və qayğısını artırmaq, gənclərimiz arasında yardımlaşma, sosial bərabərlik zənciri yaratmaqdan ibarətdir.
Məleykə Vəliyeva layihə çərçivəsində oxuma qabiliyyətindən məhrum olan insanlar üçün hazırlanmış səsli kitabların gənclərin bu sosial qrupdan olanların problemləri ilə yaxından maraqlandıqlarının nümunəsi olduğunu vurğulayıb. Yaxın günlərdə layihənin təqdimatı Bakı şəhərində baş tutacaq.