04 sentyabr 2016-cı il tarixində Sumqayıtda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsində qalib olan “Dostluğumuz Kitabdan Başlasın” layihəsinin II mərhələsi keçirilib. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə keçirilən tədbirdə müxtəlif sahələri təmsil edən gənclər və tərəfdaş təşkilatların nümayəndələri iştirak etmişlər.
Layihə rəhbəri çıxışında günümüzdə gəncliyin kitab oxumama probleminin həlli istiqamətində dövlətimiz tərəfindən mühim işlərin görüldüyünü, müxtəlif dildə olan ədəbiyyatların dilimizə tərcümə edildiyini, Gənclər Fondu və digər donor təşkilatların müsabiqələrində bu sahəyə xüsusi yer ayırdığını vurğulamışdır. Layihənin məqsədinin gənclərdə kitab oxuma vərdişini inkişaf etdirmək, onların gündəlik həyat vərdişlərinə kitab mütailəsi əlavə etmək, nizamlı kitab oxuma vərdişini artırmaq və mədəni dəyərlərin təbliğində gənclərin rolunu artımaqdır. Bildirildiki layihə çərçivəsində kitab klubu və sərgisi təşkil olunub ki, gənclər oxuyub bitirdikləri kitabları bura təqdim etməklə kitab mübadiləsi edə bilə, bununla həm yeni mütailə obyekti, həm də yeni dostluqlar qazanacaqlar. Qeyd olundu ki layihə təqdimatından sonra artıq 21 belə müraciət olmuşdur.
Daha sonra Sumqayıt Dövlət Universitetinin Ritorika Universal Klubunun sədr müavin Aysel Şıxəhmədova tərəfindən “Kitab Oxumanın 13 möhtəşən faydası” adlı interaktiv təqdimat edilmiş, maarifləndirici videoçarğ nümayiş olunmuşdur.
Sumqayıt Gənclər Evinin, QAC Sumqayıt Bölməsinin və Sumqayıt Gənclərin Sağlam Gələcəyi Təşəbbüs Qrupunun könüllüləri çıxışlarında layihənin gənclərin kitab oxuma vərdişlərinin inkişaf etidirlməsində müsbət rol oynayacağını bildirmiş və davamlılığının təmin edilməsi istiqamətində təkliflərini vermişlər.
Sonda layihə çərçivəsində çap olunmuş bukletlər paylanılmış, aktiv iştirakçılara sertifikatlar təqdim edilmişdir.