“Misgərlik maddi – mədəni irsimizdir” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilir. Layihə rəhbəri Elvina Mustafazadə layihə haqqında iştirakçıları məlumatlandıraraq bildirmişdir ki, əsas məqsəd: YUNESKO-nun maddi-mədəni irsi siyahısna daxil olan Lahıc misgərlik sənətini təbliğ etmək, ənənəvi peşə və sənət sahələrinə xüsusilə gənclərin marağının artırılması və müxtəlif fəaliyyətlər vasitəsilə maarifləndirilməsi, misgərlik sənəti ilə məşqul olan insanlara onun əhəmiyyətinin nə dərəcədə vacib olduğunu hiss etdirmək; misgərlik məhsullarından istifadəni təşviq edərək onların hazırlanmasına və satılmasına dəstək olmaqdır. Layihənin eksperti Nahid Quliyev iştirakçılara Lahıc Misgərlik sənəti ilə bağlı təqdimat etmiş, mövcud vəziyyəti anlatmış, iştirakçılar arasında sorğular keçirmiş və daha çox diskusiya şəkilində sualları cavabladnırmış, maraqlı məlumatlarla seminarı davam etdirmişdir. Qeyd edək ki, layihənin növbəti fəaliyyəti Lahıcda baş tutacaqdır. Səfər çərçivəsində Lahıc misgərlik sənəti haqqdında hazırlanacaq video çarx geniş auditoriyaya təqdim olunacaqdır.