Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Saleh Həsənovun koordinatorluğu ilə keçirilən “Gələcəyin sahibkarları üçün Mini MBA” təlim proqramı adlı layihə çərçivəsində təlimlərə yekun vuruldu.
“Gələcəyin sahibkarları üçün Mini MBA” təlim proqramı Bakı şəhərində 5 fərqli modul üzrə, 5 təlimçi tərəfindən və 5 gün müddətində həyata keçirilmişdir. Təlim ümumilikdə gənclərin sahibkarlıq fəaliyyətinə başlaması üçün praktik bilik vermə səciyyəsi daşımaqla bərabər, təlimçilərin öz təcrübi və nəzəri biliklərini bölüşməsi baxımından gənclərə faydalı oldu.
Layihə çərçivəsində ilk təlim günündə Müəssisənin yaradılmasının hüquqi tərəfləri haqqında iştirakçılara məlumat verilmiş və qarşılıqlı diskussiya formasında həyata keçirildi.
Təlimin 2ci günündə “Müəssisənin maliyyə strategiyası” haqqında bu sahədə iş təcrübəsi olan Taleh Həsənov tərəfindən aparılan təlim iştirakçılar üçün xüsusi maraq kəsb edib, iştirakçıların sualları cavablandırılıb.
Növbəti təlim günü isə, “Marketinq strategiyası” adlı təlim bu sahə üzrə nəzəri və praktiki bilikləri ilə tanınan, Türkiyənin Marmara universitetinin magistrı Qələndər Məmmədli tərəfindən iştirakçıların böyük aktivliyi ilə keçirildi.
İnsan resursları və kadrların idarəolunması üzrə keçirilən növbəti təlim günündə isə təlimçi bu sahə üzrə mütəxəssis Saleh Həsənov öz təcrübi biliklərini iştirakçılarla bölüşdü, iştirakçılara, şirkətin kadr siyasəti və dövlət-sahibkar münasibətləri haqda ətraflı məlumat verdi.
Sonuncu-5ci təlim günündə, “Təşkilati Strukturun idarə olunması” ilə bağlı təlim mövzusu, Təlimçi – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin təqdimatında baş tutdu və təlimçi iştirakçılara bu sahədə olan bilik və bacarıqları ilə bağlı ətraflı məlumat verdi. “Təşkilati strukturun qurulması” təlimini isə tanınmış təlimçi, BDU müəllimi Daşqın Rəcəbli təqdim etdi. Təlimçi, özünün həm nəzəri həm praktiki həyata keçirdiyi layihələrdən nümunələr gətirməklə apardığı təlimi iştirakçıların marağına səbəb oldu və təlim qarşılıqlı diskussiya şəklində sona çatdı.
Təlimlərdə iştirak edən gənclərin bu sahədə olan maraqlarını nəzərə alaraq, layihə rəhbərliyi, eyni adlı sosial şəbəkələrdə qrup yaradaraq, layihənin davamlılığını təmin etməyi qərara alındı. Sonda gənclərə layihə çərçivəsində nəşr edilmiş “Gənc Biznesmen” adlı maarifləndirici toplu (kitab) və bukletlər təqdim edildi.