Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə şəhərində, 20 avqust – 20 noyabr 2016-cı il tarixlərini əhatə edən “Gənclərin kitab oxumağa marağının artırılması” adlı fərdi layihəyə start verilir.
Layihə çərçivəsində Gəncə şəhərində yaşayan və ya təhsil alan gənclərin bədii ədəbiyyata marağını artırmaq üçün yerli və əcnəbi yazıçıların yeni çıxan məşhur kitabları, kitab mütaliyəsinin ümumi faydaları haqqında onları maarifləndirmək üçün görüşlər təşkil ediləcək və sonda Kitab Sərgisi olacaq.
Layihənin məqsədi ölkənin ikinci böyük şəhərində yaşayan və eyni zamanda təhsil alan yeniyetmə və gənclərin mütaliyəyə, milli və dünya bədii ədəbiyyatı nümunələrinə həyata keçiriləcək görüşlər, sərgi və səyyar aksiyalar təşkil etmək, eyni zamanda onlar arasında kitab mübadiləsi şəbəkəsini yaratmaqla ümumi marağı artırmaqdır. Sözügedən layihə çərçivəsində Gəncə şəhərində fəaliyyə göstərən təhsil müəssisələrində və gənclər təşkilatlarında maarifləndirici görüşlər baş tutacaq. Görüşlərdə əsas diqqət hazırda gənclərimizin mütaliyə barəsindəki real problemləri, həlli yolları, kitab oxumağın faydaları və s. müzakirə ediləcək. Layihənin sonunda isə kitab sərgisi baş tutacaq. Layihə noyabr ayında yekunlaşacaq.