20-21 Avqust Qax və İlisuda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “XtraTour idman klubu”nun təşkilatçılığı ilə “XtraTour Camp” layihəsi həyata keçirilmişdir.
Layihə çərçivəsində Paragliding, Orienteering və Mountaineering üzrə təlimlər keçirilmişdir. Dağçılıq təlimlərini təcrübəli dağçı Nurlan Xudazarov, paraplan üzrə təlimləri “Gilavar-Air&Extreme Sports Club” rəhbəri Ziya Qasımov və səmti müəyyən etmə üzrə təlimləri “Azərbaycan Respublika Çempionu” Şəhriyar İsmayılov keçmişdir.