Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Bu günün Gənci sabahın Sahibkarı” adlı layihənin təlimlərinə start verilib. Bakı şəhərində həyata keçirilən layihənin əsas məqsədi startup layihələr reallaşdıran, öz biznesini qurmuş gənc sahibkarları və sahibkarlıq fəaliyyəti ilə əlaqədər aidiyyatı dövlət qurumlarını bir araya gətirərək nəzəri və praktiki biliklərin verilməsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə dəstək olmaqdır.
Layihə çərçivəsində 25 avqust 2016-cı il tarixində layihənin açılış mərasimi keçirilmişdir. Layihənin açılış tədbirində layihə rəhbəri Təbriz Quliyev iştirakçılara layihənin məqsədi və keçiriləcək təlimlər haqqında məlumat vermişdir.
Daha sonra tədbirdə qonaq qismində iştirak edən Azərbaycan Republikasının Vergilər Nazirliynin eksperti İlkin Dövlətov gənclərə sahibkarlıq mühiti, bu sahədə mövcud olan qanunvericilik bazası, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyat prosesi; fiziki və hüquqi şəxs anlayışı və onların ödəməsi gərəkən vergilər; postterminalların və kassa aparatların quraşdırılması prosesi; vergi yoxlamaları; www.taxes.gov.az və Vergilər Nazirliyinin 195 çağrı mərkəzinin xidməti haqqında geniş məlumat vermiş və iştirakçıların sullarını cavablandırmışdır.
Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.