Məktəblilərdən təşkil olunmuş gənc nəslin ətraf mühitin mühafizəsi sahəsində maarifləndirilməsi və ekoloji təşəbbüskarlığının artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Maliyyə, İsmayıllı rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YUNESKO Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilən “Yaşıl Teatr” layihəsinə start verilir!
Layihənin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında maarifləndirmə işi aparmaq,ekoloji problemlərin həlli yollarını gənclərə çatdırmaq, ekologiyanın qorunmasında onların fəal iştirakını təmin etmək və eyni zamanda onları ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqdan ibarətir.
“Yaşıl Teatr” layihəsi çərçivəsində əsasını məktəblilərin təşkil etdiyi gənclərə ekoloji təmiz qida, ekoloji sağlam həyat, təbii ehtiyatlardan səmərəli istifadə olunması, yaşıllıqların salınması və qorunması, istehsalat və məişət tullantılantılarının idarə olunmasının təkmilləşdirilməsi və təkrar emalın təşkili, məktəblilərin ətraf mühitin qorunmasında iştirakı, ekologiyanın mühafizə olunması çərçivəsində hüquq və vəzifələrin həyata keçirilməsi və ekoloji tarazlığın bərpa yolları kimi mövzuları əhatə edəcək təlimlər həyata keçiriləcəkdir.
Eyni zamanda, layihə proqramının əsasını təşkil edən təlimlər debatlar, qrup işləri, interaktiv müzakirələr, müxtəlif oyunlar və komanda işləri çərçivəsində təbiət qoynunda keçiriləcəkdir. Həmçinin Layihə iştirakçılarına ekoloji mövzularla yanaşı əldə edilmiş bütün biliklərin praktiki yoxlanılması və tətbiqinin nümayiş etdirilməsi məqsədilə sosial teatrın strukturu, əsas baza bilikləri, teatrın təşkili üçün mühüm elementləri özündə əks etdirəcək təlimlər də həyata keçiriləcəkdir.
3 gün davam edəcək təlimlərin sonunda gənclər komandalar şəklində təlimlərin mövzularına uyğun hazırladıqları teatr səhnəciklərini nümayiş etdirəcəklər.
Təlimlərdə uğurla iştirak edən iştirakçılara sertifikatlar təqdim olunacaqdır.
Layihənin keçirilmə tarixi: 10-13 Sentyabr, 2016-cı il
Vaxt: 10:00 – 13:00
Layihənin keçiriləcəyi yer: İsmayıllı Rayonu Heydər Əliyev adına Park
Qeyd:Layihədə iştirak üçün yalnız İsmayıllı rayonunda yaşayan və təhsil alan gənclər, eləcə də məktəbliər müraciət edə bilər.
Müraciət üçün qeydiyyat linki: https://docs.google.com/
Qeydiyyat üçün son tarix: 6 Sentyabr 2016-cı il
7 sentyabr 2016 – cı il tarixində layihədə iştirak etmək hüququnu qazanmış şəxslərə məlumat veriləcəkdir.
Layihə Rəhbəri: Ramtiq Alizadə
Telefon: +994773721118; +994553721118
E-mail: [email protected]