“Gənc jurnalistlərin Maraq klubu və hüquqi maarifləndirilməsi” layihəsinə qeydiyyat başlayıb.
Layihənin əsas məqsədi gənc jurnalistlər arasında kommunikasiyanı artırmaq, onların hüquqi maarifləndirilməsi və peşəkarlıqlarının daha da artırılmasına töhfə verməkdir.
Həmçinin layihədə iştirak edəcək jurnalistlərə hüquqi mövzunun işıqlandırılmasındakı müasir tendensiyalar barədə məlumat veriləcək, dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın digər aspektləri müzakirə ediləcəkdir. Eyni zamanda təlimdə Azərbaycanda qanunvericilik və onların təcrübədə tətbiqi ilə bağlı problemlərə, onları doğuran səbəblərə və bu problemlərin həlli yolları ilə əlaqədar məsələlərə də toxunulacaq.
Layihə müddətində gənc jurnalistlərin bir sıra dövlət orqanlarının mətbuat katibləri ilə görüşü də nəzərdə tutulub.
Layihə 3 gün davam edəcəkdir. Layihədə iştirak etmək istəyən gənc jurnalistlər qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, “Gənc jurnalistlərin Maraq klubu və hüquqi maarifləndirilməsi” Sona Tağıyevanın fərdi layihəsi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “ASAN Könüllüləri” təşkilatının təşkilatı dəstəyi ilə həyata keçirilir.
Son qeydiyyat tarixi: 5 sentyabr 2016-cı il.
Qeydiyyat üçün link:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdCetQxn9HyCLC5DblnI7reuZMLPU88q2KC5_4B5VHyZHn_QQ/viewform?c=0&w=1