Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sevinc Cahangirlinin layihə rəhbəri olduğu “GMF-Gənc Mütəxəssislərin Formalaşdırılması” layihəsi sona çatdı.
Layihə çərçivəsində seçilən 30 gənc Marketinq, Satış, Sosial Medianın idarə olunması, Qrafik Dizayn, Fotoqrafiya üzrə təlimlər keçiblər. Təlimlər həm nəzəri, həm də praktik biliklər üzərində qurulub. Bağlanış mərasimində iştirakçılar ilk növbədə öz komanda işlərini təqdim etmiş. Tədbirin rəsmi hissəsində isə ilk çıxışı edən layihə rəhbəri Sevinc Cahangirli Gənclər Fondu, onun gənclərə dəstək olaraq keçirdiyi müxtəlif fəaliyyətlərdən danışıb və layihənin həyata keçirilməsində ona köməkçi olan insanlara təşəkkürünü bildirib. Sonda iştirakçılara sertifikatlar paylanıb və xatirə şəkilləri çəkilib. Layihə və onun çərçivəsində keçirilən bütün təlimlər gənclər tərəfindən böyük maraqla qarşılanıb.