25- 31 avqust 2016-cı il tarixlərində “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı tərəfindən həyata keçirilən “Beynəxalq Gənclər Düşərgəsi” adlı layihə çərçivəsində iştirakçılar 27 avqust 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olmuşlar. Əvvəlcə Layihələr və regionlarla iş üzrə sektor müdiri Orxan Ərəbov qonaqları Fondda salamlamışdır. Daha sonra Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi Günay Qədimbəyova Fondun fəaliyyət istiqamətləri və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında iştirakçılar üçün təqdimat keçirmişdir. Görüş zamanı gənclərin suallarını sektor müdiri Orxan Ərəbov cavablandırmış, perspektiv əməkdaşlıq imkanları müzakirə edilmişdir. Sonda xatirə fotosu çəkilmişdir.
Qeyd edək ki, düşərgədə 25 müxtəlif ölkədən gənclərin iştirakı nəzərdə tutulub. Onların arasında Rusiya, Gürcüstan, Qazaxstan, Fillipin, Türkiyə, Əlcəzair, Litva, Moldova, Efiopiya, Kanada, Ruminiya və digər ölkələrin gəncləri də yer almaqdadır.