Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsində C kateqoriyası üzrə qalib olmuş “Gələcəyin sahibkarları üçün mini MBA” təlim proqramı layihəsinin icrasına başlanılıb.
Layihə rəhbəri Saleh Həsənov bildirib ki, əsas məqsəd gənc sahibkarları və sahibkarlığa yeni başlamaq məqsədi olan gəncləri öz bizneslərini qurmaqda yardım etmək, Gənclərin sahibkarlıq yolunda effektiv biliklərə yiyəliklənməsi, sahibkarlıq subyektinin işinin planlaşdırılması, təhsil müəssisələrində biznesin qurulması ilə bağlı tədris boşluqlarının qismən aradan qaldırılması, gənc sahibkarların özünə inamının artması, sahibkarlıqda ilk addım atan gənclərin uğursuzluqlar zamanı ruhdan düşməməsi və iş planlamasına psixoloji hazır olması, gənc sahibarların işlərinin planlamasının aparılması üçün müxtəlif sahələrdə məlumatlara yiyəliklənməsidir.
Layihəyə ümumilikdə 25 nəfər cəlb olunacaq ki, bu da seçmə üsulu ilə gənclər arasından seçilərək, bu sahədə maraqlı, öz üzərində çalışan gənclərin sırasından seçim edilərək təlimdə iştirak hüququ qazanacaqlar. Həmin gənclər keçiriliəcək silsilə təlimlər nəticəsində aşağıdakı biliklərə yiyəliklənəcəklər:
– Müəssisələrin yaradılmasının hüquqi tərəfləri;
– Qurulan şirkətlərin marketinq strategiyası;
– İnsan resurslarının idarə edilməsi;
– Müəssisənin maliyyə strategiyası;
– İlkin mühasibat işləri;
– Yeni qurulan şirkətin reklam siyasəti;
– Biznes etika və planlama;
– Uğurun idarə edilməsi.
Qeyd edək ki, artıq nəzərdə tutulan təlim layihəsinin daha effektiv və faydalı olması üçün səmərəli iş qurma yolları, şirkətin qurulması, ilkin idarə olunması və biznesin inkişafı proseslərdən ibarət olan toplu hazırlanıb, bukletlər çap olunub. Hazırda iştirakçıların müraciəti və seçim prosesi tamamlanmaq üzrədir.