Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sakit! Tamaşa gedir…” layihəsinin icrasına başlanılır.
Layihə rəhbəri Ayşəm Balayevanın verdiyi məlumata görə, layihənin keçirilməsində məqsəd əlilliyi olan gənclərin asudə vaxtlarının daha səmərəli keçirilməsini təşkil etməklə onların cəmiyyətə inteqrasiyasını, aktiv həyat tərzi sürmələrini təmin etməkdir.
Qeyd edək ki, “Sakit! tamaşa gedir…” layihəsi çərçivəsində eşitmə və nitq problemləri olan gənclərə teatr əsaslı psixoloji təlimlər keçiriləcək. Təlimlərdə iştirak edən yeniyetmə və gənclərin pantomima formatında teatr tamaşalarına səfərləri nəzərdə tutulub.
Layihədə iştirak etmək istəyən gənclər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər: goo.gl/sIaUvv
Qeydiyyat üçün son tarix: 10 sentyabr 2016-cı il
Əlavə məlumat üçün [email protected]