Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin innovativ ideyalarının dəstəklənməsi” layihəsi çərçivəsində Şabran şəhərində ilk təlim prosesi uğurla keçirilmişdir. Layihənin keçirilməsində əsas məqsəd region gənclərinin bilik və bacarıqlarını artırmaq yolu ilə innovativ ideyalarına dəstək olmaqdır. Layihə çərçivəsində keçirilən təlimdə Şabran rayon İcra Hakimiyyətinin nümayəndəsi Bağırzadə Fərid, fərdi ekspert Süleymanov Ramil və və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Layihənin icrası zamanı fərdi ekspert Ramil Süleymanov iştirakçılara ideyaların yaranması, problemlərin araşdırılması və ixtiralar mövzularında müzakirələr apardı.
İnteraktiv formada keçirilən təlimlərdə gənclər hədəfə doğru irəliləmək, uğurlu komanda təşkil etmək, hədəfli inkişaf proqramları, biznes inkubatorlarının axtarışı, maliyyə dəstəyinin tapılması, biznes plan yazılışı ilə bağlı geniş məlumat verilmişdir. Təlimin sonunda gənclər öz ideyaları barədə geniş müzakirələr aparmışdır. Layihə eksperti iştirakçılara tövsiyyəsini vermişdir. Sonda isə ən yaxşı və innovativ ideyaları irəli sürmüş gənclər ekspert tərəfindən seçilmiş və layihənin növbəti mərhələsində təşkil olunacaq sərgidə nümayiş olunacaqdır.