“Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erkən nikaha yox de!” layihəsinin başa çatması ilə bağlı təqdimat həyata keçirmişdir.
Təqdimat zamanı layihənin məqsədləri, alınan nəticələri ilə bağlı qısa hesabat verilmiş və çəkilən animasiya video-çarxlar nümayiş olunmuşdur.
Layihənin məqsədi erkən nikahlar və onun fəsadları olan körpə və ana ölümü hallarının çoxalmasının, boşanma hallarının artmasının, qızların təhsil imkanlarının azalmasının, erkən nikahda olan qızların cəmiyyətdən təcrid olunmasının, onların fiziki və cinsi zorakılığa məruz qalmalarının qarşısının alınması idi. Bunun üçün maarifləndirmə kampaniyası təşkil edilmiş, 3 infoqrafik video-çarx hazırlanmışdır. Bu video-çarxların Azərbaycanın bütün regionlarındakı insanlara çatdırılması məqsədilə internet vasitəsilə ilə sosial şəbəkələrdə reklam edilmişdir.
Yalnız youtube üzərindən hər video-çarxa 650-dən çox baxış gəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin müddəti 3 ay olmaqla, 10 may – 10 avqust 2016-cı il tarixlərini əhatə etmişdir.