Azərbaycan-Koreya gənclərinin mübadilə proqramı çərçivəsində Azərbaycanda səfərdə olan Koreya Respublikasının gənclərdən ibarət nümayəndə heyəti, 15 avqust 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olmuşdur. Görüş zamanı Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri V.Niftəliyeva Gənclər Fondunun fəaliyyəti, tədbirlər və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumatı gənclərin nəzərinə çatdırmışdır.
Qonaqlar Gənclər Fondunun gənclərə göstərdiyi qayğı və dəstəyi yüksək qiymətləndirmiş və gələcəkdə Fondla əməkdaşlıqdan məmnun olacaqlarını bildirmişlər.
Görüşün sonunda xatirə şəkili çəkilmişdir.