Azərbaycanda səfərdə olan Tatarıstan Respublikasının İdman Nazirliyinin və Gənclər Diplomatiyası Akademiyasının bir qrup gənci Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olmuşdur. Görüş zamanı Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri V.Niftəliyeva Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumatı qonaqların nəzərinə çatdırmışdır.
Qonaqlar və Fondun əməkdaşları ilə birgə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır. Görüşün sonunda xatirə şəkili çəkilmişdir.