Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, YAP Gənclər Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilən “Texnoloji İdarə” layihəsinin açılışı və gənclər üçün ilk seminarı keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov layihə barədə məlumat verərək bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Bakıda yaşayan gənclərə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, İKT imkanlarından istifadə etməklə əldə edilmiş biliklər vasitəsilə onların cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır.
Sonra Layihə rəhbəri Elçin Məmmədov layihə çərçivəsində gənclərdə İKT-yə, təhsilə, elmə, mədəniyyət və incəsənətə yeni texnologiyalar vasitəsilə maraq oyatmaq, internet resurslarından səmərəli istifadə etmək üçün məlumatlar verib. Daha sonra “Social Media Marketinq” üzrə mütəxəssis, “Hajizade Group”un İcraçı Direktoru, Fərhad Ələkbərov mobil marketinq, sosial media marketinq və rəqəmsal marketinq strategiyası, CV-nin yazılma qaydaları, sosial şəbəkələri tanıtmaq, gənclərin şəbəkələşməsindən layihə iştirakçılarına məlumat vermişdir. Layihədə gənclərin məsğulluğunu artırmaq, aktiv vətəndaş konseptini aşılamaq və s. kimi mövzuları əks etdirən təqdimatlar hazırlanaraq maarifləndirici bukletlər nəşr edilmişdir. Həmçinin, bunları əyani olaraq əks etdirən “Texnoloki İdarə ” adlı video-çarx təqdim edilmişdir.
Layihə çərçivəsində həyata keçirilən seminarlarda 40 nəfərdən çox tələbə və media nümayəndəsi iştirak edib.