Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mən tələbəyəm” layihəsinə start verilir.
Layihənin əsas məqsədi gənclər arasında ali təhsil almağın əhəmiyyətinin vurğulamaqla onları təhsilə həvəsləndirmək, gənc tələbələri stimullaşdırmaq və onların öz uğurlu tələbəlik hekayələrini digər gənclərlə paylaşmalarına şərait yaratmaqdır.
Qeyd edək ki, layihə müsabiqə şəkilində həyata keçiriləcək. Layihədə iştirak edərək öz tələbəlik hekayələrini ictimaiyyətlə paylaşmaq istəyən gənclər “Mən tələbəyəm” başlığı altında yazdıqları hekayəni [email protected] ünvanına göndərə bilərlər.
Layihə rəhbəri Qəndab Hüseynovanın sözlərinə görə, gənclər tərəfindən göndərilən 10 ən yaxşı hekayə kitab şəkilində çap olunub ictimaiyyətə təqdim olunacaq. Həmçinin, layihə çərçivəsində gənclərin ali təhsilə həvəsləndirilməsi, həmçinin tələbə olmaq istəyən gənclər və orta məktəb şagirdlərinin bu barədə məlumatlandırılması üçün uğurlu təhsil həyatına malik gənclər tərəfindən seminarların keçirilməsi nəzərdə tutulur. Layihənin sonunda qalib gənclər sertifikatla təltif olunacaqlar.