Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə “Etik kadrlar” sosial çarx müsabiqəsinə start verilir.
Layihənin məqsədi gənclər arasında ictimai davranış qaydalarının təbliğinin aparılması, gənclərin maarifləndirilməsi və gənc istedadların üzə çıxarılmasıdır. Hazırlanmış sosial-çarxlar vasitəsi ilə biz gənclərimizin gözü ilə ictimai davranış qaydalarında olan problemləri qabartmış və bu problemləri aradan qaldırmağın yollarını araşdırmış olacayıq. Ekspertlər tərəfindən seçiləcək ən yaxşı üç sosial-çarxın sahibləri diplomla təltif olunacaq.
Öz istedadına güvənən gənclər ictimai davranış qaydaları mövzusunda hazırladıqları sosial çarxı tələb olunan məlumatları qeyd etməklə [email protected] elektron ünvanına göndərərək müsabiqəyə qoşula bilərlər.
Qeydiyyat üçün tələb olunan məlumatlar:
1. Ad və soyad
2. Təvəllüd
3. Təhsil müəssisəsi (tələbə olduğu halda)
4. Əlaqə nömrəsi
5. Elektron poçt ünvanı (email)
Son müraciət tarixi: 30 avqust 2016-cı il
QEYD: sosial çarxın müddəti minimum 1 dəqiqə, maksimum 3 dəqiqə ola bilər!