Gənclər və İdman Nazirliyi ilə Mərakeş Krallığının Gənclər və İdman Nazirliyi arasında imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq Mərakeş Krallığının bir qrup gənci 21 – 30 iyul 2016-cı il tarixlərdə Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində Mərakeş Krallığının Gənclər və İdman Nazirliyinin gənclərin mübadiləsi proqramının koordinatoru E.Karima Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olmuşdur. Görüş zamanı Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri V.Niftəliyeva Gənclər Fondunun ölkə gəncləri üçün yaratdığı imkanlardan və fəaliyyətindən bəhs edərək qonağı məlumatlandırmışdır, Görüşdə Fondun əməkdaşı A.Nadirli də iştirak edərək qonağı maraqlandıran sualları cavablandırmışdır.