Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Əsirlər” adlı vətənpərvərlik filmi çəkilir.
Gənclər Fondunun elan etdiyi səkkizinci qrant müsabiqəsinin C kateqoriyası çərçivəsində reallaşan “Əsirlər” vətənpərvərlik filmi adlı layihəsinin keçirilməsində əsas məqsədi yeniyetmə və gənclərin milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən gənclər siyasətinə dəstək olmaqdan ibarətdir.Layihə çərçivəsində hazırlanan qısa metrajlı film Qarabağda baş verən hadisələrin yaddaşlardan silinməməsi və film şəklində xatirələrdə qalmasına xidmət göstərir.
Layihə rəhbəri Orxan Muxtarlının qeyd etdiyinə görə layihə çərçivəsində hazırlanan qısa metrajlı film Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında vasitə olacaqdır.
Hal–hazırda filmin çəkilişləri başa çatır və montaj işləri tamamlanmaq üzrədir. Qeyd edək ki, çəkilişdə peşəkar və gənc aktyorlar iştirak ediblər.Filimin rejissoru Vahid Orucoğlu və Teyyub Teymur oğludu.Filmdə baş rolları Roza İbadova Kocamaz və Vahid Oruc oğlu ifa edib.Ssenari müəllifi Orxan Muxtarlıdır.Bütün texniki işlər tamamlandıqdan sonra yaxın zamanlarda “Əsirlər” vətənpərvərlik filmini geniş ictimayətə təqdim etməyi planlaşdırırıq.