Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (АМОР) sədri xanım Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup ali məktəb tələbələri Azərbaycanda səfərdə olmuşdur. Tələbələr səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olmuşlar.
Bu görüşdə Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun rəhbəri Vüsalə Niftəliyeva gəncləri salamlayaraq Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat vermiş, Fondun prioritet istiqamətləri qonaqların nəzərinə çatdırılmışdır.
Daha sonra Fondun əməkdaşı Afaq Nadirli tələbələrə Fondun səfər qrantları haqqında məlumat vermişdir.
Qonaqlar Gənclər Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, keçirilən görüşdən məmnunluqlarını ifadə etmişlər.