Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Ətraf mühit naminə yaşıl iqtisadiyyat” layihəsi çərçivəsində 01-02 iyul 2016-cı il tarixilərində Gəncə gənclərinə “yaşıl biznes” mövzusunda təlim təşkil edilmişdir.
Təlimi giriş sözü ilə açan “Avropa Gənclər Paytaxtı 2016” Təşkilatının yerli layihələr üzrə koordinatoru Şəhriyar Hacıyev və layihənin eksperti İsmayıl Kərimov təlimin əhəmiyyəti və aktuallığından danışmışdır.
Təlimin iki günü ərzində təlimçi Kənan Aslanlı iştirakçılara yaşıl iqtisadiyyat anlayışı, qlobal istiləşmə və onu yaradan səbəblər, yaşıl iqtisadiyyatın iqtisadi böyümədəki rolundan, karbon dioksid emissiyası və bu sahədə beynəlxalq öhdəliklər, BMT-nin prinsipləri, yaşıl iqtisadiyyatın komponentləri və bənzəri mövzularda təqdimatlar keçirilmiş, habelə interaktiv müzakirələr aparmışdır. Təlimdə iştirakçılar kiçik qruplara bölünərək Gəncə şəhər və ətraf regiondan yaşıl iqtisadiyyat anlayışı ilə bağlı biznes modellər hazırlayaraq təqdim etmişdir. Kiçik qrup işlərində ekoloji problemlərin həll edilməsi ilə yanaşı biznes yaratmaq ideyalarındam əsasən Göygöl ərazisində turistlərin gəzintisi üçün kanatların qurulması, tullantıların təkrar istifadəyə verilməsi, Gəncədə “yaşıl şəhər” modelinin qurulması, “məişət tullantılarının çeşitləndirilib yenidən emala verilməsi” kimi ideyalar təqdim edilmişdir. Təlimin sonunda iştirakçılara sertifikat təqdim edilmişdir.