Gənc Xəzər Mühəndisləri İB (CES) mühəndis tələbələr üçün ilin layihəsini “Gənc Mühəndislərin Yay Akademiyası”nı elan edir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçiriləcək mühəndislərin yay akademiyası zamanı tələbələrin universitetdə sahib olduqları texniki biliklərin real sənayedə necə tətbiq olunduğunu göstərmək üçün neft və servis şirkətlərində təşkil ediləcək praktiki workshop-lar , yeni nəsil mühəndis və texniki işçilərdən multi-media və simulasiya proqram vasitələri ilə seminarlar və səmimi əhatədə əyləncə dolu ekstremal oyunlar akademiyanın əsas proqramı olacaq. Akademiyanın ilk 6 günü layihəyə tərəfdaş seçilmiş Azersun, Halliburton, KTİB, Baker Hughes, Schlumberger şirkətlərində, digər 2 gün isə CES ofisində təşkil ediləcək. Ofis zamanı tanınmış neft şirkətlərindən dəvət almış mühəndislərlə görüş və texniki seminarlar təşkil ediləcək ki, bu da öz növbəsində tələbə ilə peşəkar mühəndislər arasında körpü yaradacaq, tələbələr ixtisasları üzrə müzakirələr, fikir mübadiləsi edəcək, və peşəkarların təcrübələrindən faydalanaraq fərdi inkişaf keyfiyyətlərini artıracaqlar.
Akademiyada Müraciət və Iştirak Qaydalari:
25 İyul 2016-cı il tarixində baş tutacaq Layihədə universitetlərin aşağıda qeyd edilən və daha yaxın fakultələr üzrə III-IV kurs bakalavr və I kurs magistr tələbələrinə iştirak hüququ veriləcək.
- Neft – Mexanika Mühəndisliyi
2. Qaz-Neft Mәdәn Mühəndisliyi
3. Kimya Mühəndisliyi
4. Geoloji Kəşfiyyat Mühəndisliyi
İstedadlı gənclərin cəlb edilməsi məqsədilə seçim prosesi mərhələli şəkildə aparılacaq.
Bu gündən etibarən müraciətçilər linkə daxil olaraq online ərizə formasını doldurmalıdırlar: https://goo.gl/ui6SDg
Son müraciət tarixi 12 iyul saat 18:00.
Ərizələri qəbul edilən tələbələr 16 iyul 11:00 tarixində 2-ci mərhələyə riyazi məntiq imtahanına dəvət alacaqlar.
2-ci mərhələdən uğurla keçən tələbələr 20 iyul ingilis dili və texniki mühəndis biliklərinin yoxlanılması müsahibəsinə dəvət alacaqlar. Texniki müsahibə layihəyə tərəfdaş seçilən Gənc Mühəndislər Cəmiyyəti tərəfindən keçiriləcək.
Akademiyanın Proqramı:
Günün I hissəsi
25.07.2016 – Qarşılama və qeydiyyat günü
26.07.2016 – Baker Hughes
27.07.2016 – Azersun
28.07.2016 – Schlumberger
29.07.2016 – KTİB – Halliburton
30.07.2016 – Meeting with Engineers
31.07.2016 – Bağlanış günü
Günün II ci hissəsi
Layihəyə tərəfdaş seçilmiş ADRENALINE EXTREME CLUB-ın təşkil etdiyi həyəcan dolu, əyləncəli oyunlar kamplar və intellektual viktorinalar təşkil ediləcək.
1-ci Kamp : Body Zorb Soccer
2-ci Kamp : Paintball
3-ci Kamp : Water Tubing
Akademiyada iştirak 100% ödənişsizdir!
Son müraciət tarixi : 12 iyul , 18:00
Ətraflı Məlumat üçün:
Email: [email protected]
Mobile: +994 77 744 44 22
Tel: +99412 594 22 24