“Rezonans” Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Keçmiş məhkumların cəmiyyətə sosial adaptasiyası” layihəsi çərçivəsində 29 iyun tarixində Yevlax şəhərində tədbir keçirilmişdir. Tədbirdə ekpertlər mövzu ilə əlaqədar məruzə etmiş, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermişər. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır.
Tədbirdə layihə çərçivəsində hazırlanmış “Məhkumlar və cəzaçəkmə müəssisələrindən azad olan gənclər üçün məlumat kitabı” və bukletlər paylanmış və kitabxanayaa hədiyyə edilmişdir.
Layihə məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma vəziyyətinin yaxşılaşdırılmasını, sağlamlığın qorunması və onların reabilitasiyası və gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır. İkinci istiqamət isə artıq azadlığa çıxdıqdan sonra məhkumların cəmiyyətdə qayıdışı ilə problemlərin həlli, normal həyata adaptasiyası və s. ilə bağlı mümkün problemlərin həlli istiamətində fəaliyyət həyata keçiriləcək.