“Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyimiz üçün ətraf mühiti qoruyaq!” adlı layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində Gəncə rayonunda Gənclər Evində tədbir keçirilib. Tədbirdə İctimai Birliyin sədri Nizami Əhmədov, Gənclər Evinin əməkdaşı Xəyalə Qurbanova, “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin üzvü Mobil Qarayev, yeniyetmə və gənclər iştirak ediblər.
Tədbirdə iştirakçılara layihənin məqsədi və donoru haqqında ətraflı məlumat verilib. Sonra gənclər böyük həvəslə İctimai Birliyin təşkil etdiyi agacəkmə aksiyasında iştirak ediblər. Onlar əvvəlcə ağacları əkiblər, ağaclara su veriblər, ətrafını səliqəyə salıblar.
Qeyd edək ki, layihə 3 ay müddətinə Gəncə şəhərində icra olunacaq.