Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində, “Tərəqqi” Gəncliyin İnkişafı ictimai birlıiyi tərəfindən icra olunan “Masallı gənclərinin ekoloji mühitin yaxşılaşdırılması mövzusunda maarifləndirilməsi” layihəsi çərçivəsində 22 iyun 2016-cı il tarixdə Bədəlan, Babaser və Dəmirçi gənclərilə bir günlük seminar keçirilmişdir. Seminarda iştirakçılara aşağıdakı mövzular üzrə məlumat verilmişdir.
– Yaşıl Düşüncə
– Təmiz Dünya
– Ekoqidalanma
Bundan əlavə iştrirakçılara layihə çərçivəsində çəkilmiş “Bumeranq” adlı videoçarx nümayiş etdirilmiş və müzakirəyə çıxarılmışdır. Seminar zamanı çıxış edən Quliyev Məhəmməd çıxışında qeyd etmişdir ki son illər balıqçılıq sahəsində elektrik naqillərindən istifadə edilməsi həmin hövzələrdə balıqçılığın geriləməsinə gətirib çıxarmışdır. Zeynalov Sadiq çıxışında qeyd etdi ki maşınlara zəruri avadalıqlar quraşdırılmadığından cəmiyyətdə oksigen çatışmazlığı yaradır. Gənc müəllimə Qardaşova Tünzalə qeyd etdi ki velisopedlərdən istifadə etmək lazımdır, lakin bəzi hallarda regionlarda mental dəyərlər buna mane olur. Gənc fəal Aysun Həsənzadə tullantıların ictimai yerlərə atılmasınını önə çəkdi və gənclərin bununla mübarizə aparmalı olduqları vacibliyinə diqqət çəkdi. Xədicə Mansurzadə adlı iştirakçı isə gənclərin ekolji mühitin yaxşılaşdırılmasında nümunə olmalarını qeyd etdi. Seminarın sonunda iştirakçılar belə qərara gəldilər ki ətraf mühitin qorunmasında yerli ekoklublarla fəal əməkdaşlıq zəruridir.